
İspaniya La Liqasının 13-cü turunda son çempion “Barselona” “Atletik Bilbao”nu qəbul edib və 4:0 hesabı ilə qalib gəlib.
Yeniavaz.com xəbər verir ki, Kataloniya təmsilçisi yenidən qurulan “Kamp Nou” stadionunda ilk oyununu keçirib.
Almaniyalı Hans-Diter Flikin rəhbərlik etdiyi komandada ispaniyalı hücumçu Ferran Torres dubl edib, həmçinin polşalı hücumçu Robert Levandovski ilə ispaniyalı yarımmüdafiəçi Fermin Lopez Martin də fərqlənib.
Qeyd edək ki, “Barselona”nın xalı (31) 1 oyun az keçirən lider “Real Madrid”lə eynidir. “Atletik” isə 17 xalla 8-ci yerdədir.
Tətbiqimizi yükləyə bilərsiniz