
Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqından Donald Trampın sülh planını dərhal və qeyd-şərtsiz dəstəkləməyi tələb edib.
Yeniavaz.com xəbər verir ki, “Politico” Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə göndərdiyi məktubu əldə edib.
“Avropalılar ABŞ-nin sülh təşəbbüsünü dərhal və qeyd-şərtsiz dəstəkləməlidir. ABŞ prezidentini dəstəkləməklə yanaşı, biz dərhal Rusiya ilə müstəqil və birbaşa danışıqlara başlamalıyıq”, - məktubda deyilir.
Orban vurğulayıb ki, Macarıstan Avropa İttifaqının Ukraynaya əlavə maliyyə yardımı göstərməsini dəstəkləməyəcək və Aİ adından və daxilində belə bir qərarı qəbul etməyəcək.
Tətbiqimizi yükləyə bilərsiniz