“Ramiz Mehdiyevin səhhəti pisləşib” − KİV


“Hazırda ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin səhhəti pisləşib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə gununsesi.info məlumat yayıb.
Bildirilib ki, dünən gecə saatlarında sabiq PA rəhbərinin səhhəti pisləşib və təcili tibbi yardım çağırılıb:
“Ailəsi özəl klinikaların birindən həkim briqadası çağırıb. İlkin tibbi yardım göstəriləndən sonra Mehdiyevin səhhəti qaydasına düşüb”.
Qeyd edilib ki, Ramiz Mehdiyev tənəffüs yollarındakı problemlərdən əziyyət çəkir.
Xatırladaq ki, bir müddət əvvəl yerli KİV-də R. Mehdiyevin dövlətə xəyanətdə ittiham olunmasına və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə dair məlumatlar yayılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top