
İsrail Müdafiə Qüvvələri (İDF) HƏMAS-ın atəşkəs razılaşmasını pozmasına cavab olaraq Qəzza zolağında qruplaşmanın bir neçə hərbi obyektinə zərbələr endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Silahlı qruplaşma humanitar yardım marşrutu ilə Sarı Xəttə sızaraq Qəzza zolağının cənubunda yerləşən əsgərlərə atəş açıb. Əsgərlər arasında itki yoxdur. Əsgərlər terrorçunu məhv ediblər”, - məlumatda deyilir.
İDF qeyd edib ki, atəşkəs razılaşmasının kobud şəkildə pozulması təşkil edən bu insidentə cavab olaraq İDF HƏMAS təşkilatının Qəzza zolağındakı hədəflərinə zərbələr endirməyə başlayıb.
İsrail Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, atəşkəs razılaşmasına uyğun olaraq öz mövqelərində qalır və hər hansı təcili təhlükəni aradan qaldırmaq üçün fəaliyyət göstərməyə davam edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz