Braziliyanın keçmiş prezidenti həbs edildi

braziliyanın keçmiş prezidenti 189 min cərimə ödəyəcək – irqçi ifadələrə görə
Braziliyanın keçmiş prezidenti (2019-2022) Jair Bolsonaro həbs edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” braziliyalı siyasətçinin vəkilinə istinadən məlumat yayıb.
Sentyabrın 11-də Bolsonaro Lula da Silvanın 2023-cü ilin yanvarında hakimiyyətə gəlməsinin qarşısını almaq üçün sui-qəsddə təqsirli bilinib. Oktyabrın sonunda Bolsonaronun vəkilləri Respublika Ali Məhkəməsinə apellyasiya şikayəti veriblər. Müdafiə tərəfi siyasətçini 27 il müddətinə azadlıqdan məhrum edən məhkəmənin qərarındakı səhvləri qeyd edib.
Agentlik ilə əlaqə saxlayan Bolsonaronun vəkili müvəkkilinin saxlanmasının səbəblərini açıqlaya bilməyib. Agentliyin mənbələrindən verilən məlumata görə, hakimiyyətin qərarı sabiq dövlət başçısının məhkəməsi bitənə qədər ev dustaqlığında saxlanma şəraiti ilə bağlı qabaqlayıcı tədbirdir. Müdafiə tərəfinin Bolsonaronun sağlamlıq problemlərini əsas gətirərək ev dustaqlığını saxlamağa çalışacağı gözlənilir. 

DİGƏR XƏBƏRLƏR

Top