Ukrayna və ABŞ İsveçrədə danışıqlar aparacaq − Umerov


Ukrayna və ABŞ gələcək sülh sazişinin mümkün parametrləri ilə bağlı yaxın günlərdə məsləhətləşmələr aparacaqlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov sosial şəbəkə hesabında yazıb.
Bildirilib ki, Ukrayna bu prosesə öz maraqlarını aydın şəkildə dərk etməklə yanaşır. Bu, son günlər davam edən dialoqun növbəti mərhələsidir və ilk növbədə gələcək addımlar üçün baxışın razılaşdırılması nəzərdə tutulur.
Umerovun ilkin yazısında danışıqların “Avropalı tərəfdaşların iştirakı ilə İsveçrədə” baş tutacağı bildirilib. Bu ifadə sonradan silindi. Umerov daha sonra İsveçrəyə istinadı bərpa etdi, lakin Avropa liderlərini  əlavə etmədi.
Qeyd edək ki, Ukrayna Prezident Aparatı da yaxın günlərdə müharibəyə son qoymaq üçün atılacaq addımlar üzrə məsləhətləşmələrin keçiriləcəyini açıqlayıb. Onlar əmin ediblər ki, Kiyev həqiqi sülhə nail olmaq üçün mümkün qədər tez işləməyə hazırdır.
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Prezident Aparatının rəhbəri Andrey Yermak başçılıq edəcək. Onun tərkibinə həmçinin Umerov, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, digər rəsmi şəxslər və hərbi qulluqçular daxil olacaq. 

DİGƏR XƏBƏRLƏR

Top