Lukaşenko 31 Ukrayna vətəndaşını əfv etdi


Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə müxtəlif cinayətlərə görə məhkum olunmuş 31 Ukrayna vətəndaşını əfv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat katibi Natalya Eysmont məlumat verib.
Eysmontun sözlərinə görə, bu, Ukrayna tərəfinin müraciəti əsasında “silahlı münaqişənin həllinə şərait yaratmaq məqsədilə” və ABŞ Prezidenti Donald Trampla razılaşmanın bir hissəsi kimi edilib.
Mətbuat katibi əfv olunan şəxslərin hansı cinayətlərə görə mühakimə olunduğunu açıqlamayıb, sadəcə onların Ukraynaya köçürülməsinin hazırda baş tutduğunu qeyd edib.
Son aylar Lukaşenko administrasiyası Ağ Ev rəsmiləri ilə fəal əlaqə qurub. Konkret olaraq, ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Minskə səfər edib. Avqust ayında Lukashenko ABŞ prezidenti ilə telefonla danışıb - prezidentliyindən bəri ilk dəfə.
Lukaşenko ABŞ ilə razılaşma çərçivəsində onlarla siyasi məhbusu azad edib. Buna cavab olaraq Vaşinqton “Belavia” Hava Yollarına və Lukaşenko ailəsinin təyyarəsinə qarşı sanksiyaları ləğv edib.

DİGƏR XƏBƏRLƏR

Top