G20 sammiti işə başladı


Cənubi Afrika Respublikasında (CAR) G20 Liderlər Sammitinin rəsmi açılışı olub.
Yeniavaz.com
xəbər verir ki, açılış mərasimində CAR Prezidenti Siril Ramafosa iştirak edib.
“Mən G20 Liderlər Sammitini açıq elan edirəm”, - Ramafosa bildirib.
Daha sonra CAR Prezidentİ çıxış edib. Cənubi Afrika lideri bəyan edib ki, iştirakçılar görüşün yekunları üzrə birgə bəyannamə qəbul etmək niyyətindədirlər.
Qlobal iqtisadiyyatın 85 faizini təmsil edən G20 ölkələrinin liderləri sammitin üç əsas sessiyasında dünya iqtisadiyyatının gələcəyinə təsir edəcək islahatları müzakirə edəcəklər.
İlk iclas ticarətin rolu, inklüziv və dayanıqlı inkişaf, eləcə də, borc yükünün azaldılması mövzularına həsr olunacaq.
Digər tərəfdən, Avropa liderləri ABŞ-nin Ukrayna ilə bağlı təklif etdiyi sülh planını müzakirə etmək üçün 22 noyabr şənbə günü G20 sammiti çərçivəsində fövqəladə görüş keçirmək niyyətindədirlər.
Qeyd edək ki, G20 sammiti noyabrın 22-dən 23-dək Yohannesburqda baş tutacaq. Bütün sessiyalar və ikitərəfli görüşlər mətbuata çıxış olmadan bağlı qapılar arxasında keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top