Tramp onu Ukrayna üzrə xüsusi nümayəndə təyin etdi


ABŞ Prezidenti Donald Tramp quru qoşunları naziri Deniel Driskolu Ukrayna üzrə yeni xüsusi nümayəndə təyin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Tramp cümə axşamı Kiyevdə ABŞ-nin yüksək rütbəli hərbi rəsmiləri ilə Volodimir Zelenski arasında keçirilən danışıqlardan sonra Driskolu Ukrayna üzrə yeni xüsusi nümayəndə təyin etmək qərarına gəlib.
Driskoll bu postda Keyt Kelloqu əvəz edəcək.
Qeyd edək ki, çərşənbə günü “Reuters” mənbələrə istinadla Kelloqun 2026-cı ilin yanvarında postunu və Tramp administrasiyasını tərk etməyi planlaşdırdığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top