
İsrailin hava hücumları nəticəsində bir ildən az müddətdə həlak olan Livan vətəndaşlarının sayı 330-u ötüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Livanın Səhiyyə Nazirliyinin “X” sosial şəbəkə səhifəsində dərc etdiyi hesabatda öz əksini tapıb.
“İsrail 27 noyabr 2024-cü il tarixli atəşkəs razılaşmasından sonra atəşkəs rejimini 5000 dəfədən çox pozub. Ötən ilin noyabr ayının sonundan bəri İsrailin hücumları nəticəsində 331 nəfər həlak olub, daha 945 nəfər yaralanıb”, - hesabatda qeyd edilib.
Nazirliyin hesabatında həmçinin qeyd edilib ki, noyabrın 1-dən həlak olan mülki vətəndaşların sayı 22 nəfər artıb. Oktyabr ayında İsrailin ölkənin cənub və şərq bölgələrinə hücumları 28 livanlının ölümü ilə nəticələnib.
Tətbiqimizi yükləyə bilərsiniz