NATO Aralıq dənizində təlim keçirir


NATO hərbçiləri Rusiya ilə hipotetik münaqişəyə cavab vermək üçün İtaliya sahillərində təlimlər keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Məlumata görə, Aralıq dənizində keçirilən “Neptune Strike” təlimində ABŞ ilə yanaşı, Böyük Britaniya, Yunanıstan və Türkiyə də daxil olmaqla, 9 NATO ölkəsinin qüvvələri iştirak edir.
Telekanalın məlumatına görə, təlimin əsas məqsədi əsas dəniz yollarının müdafiəsini təcrübədən keçirməkdir.
Müttəfiqlərin Avropadakı Ali Baş Komandanı, amerikalı general Aleksus Qrinkeviçin sözlərinə görə, NATO 2027-ci ilə qədər Rusiya və Çinlə eyni vaxtda münaqişə ehtimalına hazır olmalıdır.
“Əlbəttə, biz bununla hesablaşmırıq, lakin hər hansı gözlənilməz hallara hazır olmaq istəyirik”, - deyə o, bildirib.

DİGƏR XƏBƏRLƏR

Top