UEFA-dan “Qarabağ”ın rəqibinə – Xəbərdarlıq


UEFA İtaliyanın “Napoli” klubuna xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında öz əksini tapıb.
Xəbərdarlığa səbəb Neapol təmsilçisinin Niderlandda PSV-yə uduzduqları (2:6) UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda baş verənlər olub.
“Napoli”nin baş məşqçisi Antonio Konte sözügedən qarşılaşmada əxlaq davranış qaydalarını pozmaqda ittiham edilib.
Qeyd edək ki, “Napoli” UEFA Çempionlar Liqasındakı növbəti matçını noyabrın 25-də “Qarabağ”a qarşı keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top