Taekvondoçularımız Avropa birinciliyində 5 medal qazandı


İsveçrənin Eql şəhərində taekvondo üzrə gənclər arasında keçirilən qitə birinciliyinin üçüncü günündə Azərbaycan milli komandasının üzvü Elcan Əliyev (78 kq) bütün rəqiblərini üstələyərək çempion adını qazanıb.
Yeniavaz.com
Azərbaycan Taekvondo Federasiyasına istinadla xəbər verir ki, Azərbaycanın digər təmsilçisi Vasif Səlimov (68 kq) isə gümüş medal əldə edib.
Bununla da Azərbaycan taekvondoçularının Avropa birinciliyində qazandığı ümumi medal sayı 5-ə çatıb: İlyas Hətəmli (48 kq, qızıl), Elcan Əliyev (78 kq, qızıl), Vasif Səlimov (68 kq, gümüş), Mehdi Budaqlı (45 kq, bürünc), Novruz Əliyev (51 kq, bürünc).
Digər tərəfdən, birincilikdə çempion adını qazanan milli komandamızın üzvü İlyas Hətəmli (48 kq) yarışın ən yaxşı idmançısı, Azərbaycanın beynəlxalq dərəcəli referisi Aygül Abdullayeva Avropa birinciliyinin ən yaxşı qadın hakimi adına layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top