Gömrükdə minlərlə psixotrop tərkibli dərman aşkar edildi – Fotolar


Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində tərkibində psixotrop və güclü təsir edən maddələrin olduğu xeyli miqdarda dərman vasitəsinin qanunsuz şəkildə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Məlumata görə, Təbriz – Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşlarının əl yüklərinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda dərman vasitələrinin təsvirləri müşahidə olunub.
Qanunvericiliyə uyğun olaraq əl yüklərində aparılan gömrük yoxlaması zamanı 8430 ədədinin tərkibində psixotrop və güclü təsir edən maddələr olan 77 qutu və 15070 həbdən ibarət 33 adda dərman vasitələri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top