
Ukrayna, Böyük Britaniya, Fransa və Almaniya hakimiyyəti ABŞ-nin Rusiya-Ukrayna müharibəsinin tammiqyaslı sülh yolu ilə həlli planına cavab olaraq əks təklif hazırlayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiq ölkələrin - Böyük Britaniya, Almaniya və Fransa liderləri ilə telefon danışığı aparıb. Danışıqlardan sonra, əvvəllər də xəbər verildiyi kimi, onlar bəyan ediblər ki, Avropa və ya NATO ilə bağlı istənilən saziş Avropalı tərəfdaşların təsdiqini və ya müttəfiqlərin konsensusunu tələb edir.
Nəşr qeyd edib ki, ABŞ Ukraynaya təqdim etdiyi sülh planı ilə bağlı Avropa ölkələri ilə məsləhətləşməyib. Avropa ölkələri Kiyevə güclü dəstək ifadə ediblər.
Zelenski ABŞ-nin vitse-prezidenti J.D.Vens ilə telefon danışığı aparıb və müharibəyə son qoymaq üçün sülh planını müzakirə edib. Danışıqlardan sonra Zelenski Vens ilə Ukrayna, ABŞ və Avropanın sülhə gedən yolu həqiqətən işlək hala gətirmək üçün məsləhət səviyyəsində çalışacaqları ilə razılaşdığını bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz