“X”in işində problem yarandı


Bir neçə ölkədə istifadəçilər “X” ilə bağlı problemlərdən şikayətlənirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Downdetector”un hesabatında deyilir.
Bildirilib ki, problemlərini bildirən istifadəçilərin 61%-i proqram qəzaları, 31%-i vebsaytın işindən şikayət edir, 8%-i isə serverlərə qoşulmaqda çətinlik çəkir.
Qeyd edilib ki, ABŞ-də təxminən 13,900 istifadəçi problem barədə məlumat verib. Böyük fasilələr Böyük Britaniya, Almaniya, İspaniya və Yaponiyada da qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top