Türkiyə Superkubokunda yarımfinalın keçiriləcəyi stadionlar açıqlandı


Futbol üzrə Türkiyə Superkubokunda yarımfinal oyunlarının harada keçiriləcəyi bəlli olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
Bildirilib ki, “Qalatasaray”-“Trabzonspor” oyunu yanvarın 5-də Qaziantep Böyükşəhər stadionunda, “Fənərbağça”-“Samsunspor” matçı isə bir gün sonra – yanvarın 6-da Yeni Adana arenasında baş tutacaq.
Qeyd edək ki, final görüşü yanvarın 10-da Atatürk Olimpiya Stadionunda olacaq.

DİGƏR XƏBƏRLƏR

Top