Planşet və velosiped oğurlayan şəxslər saxlanıldı


Paytaxtın Nərimanov rayonunda vətəndaşa məxsus 2 ədəd planşet oğurlanıb.
Yeniavaz.com
DİN-ə istinadla xəbər verir ki, bu barədə zərərçəkən polis orqanına müraciət edib.
“Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 20 yaşlı N.Nağıyeva müəyyən olunaraq saxlanılıb.
Abşeron rayonunda isə velosiped oğurlamaqda şübhəli bilinən 35 yaşlı A.Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top