Türkiyənin məşhur otellər şəbəkəsinin Bakıda yerləşdiyi obyekt müsadirə olunub


Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt qeyd olunan ünvanda yerləşən hündürmərtəbəli binanın 2-ci mərtəbəsi və zirzəmisindən ibarətdir.
Satışa çıxarılan obyektin sahəsi 1 745,5 kvadratmetrə bərabərdir və burada 20 otağın olduğu bildirilir. Obyektin minimum satış qiyməti 2 milyon 669 min manat təşkil edir.
Qeyd edək ki, bu obyektdə “Park Dedeman” oteli fəaliyyət göstərib.
Məlumat üçün bildirək ki, “Park Dedeman” Türkiyənin məşhur “Dedeman” otellər şəbəkəsinə daxildir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top