Tramp və Zelenski arasında telefon danışığı olacaq


ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski telefon danışığı aparacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sky News” telekanalı mənbələrə istinadla məlumat yayıb.
“Tramp və Zelenski arasında telefon danışığı gələn həftə baş tutacaq”, - telekanal bildirib.
Qeyd edək ki, “Financial Times” qəzeti Ukrayna rəsmilərinin ABŞ və Rusiyanın birgə hazırladığı "sülh planı"nı tənqid etdiyini və düzəlişlər edilmədən onu qəbuledilməz hesab etdiyini yazıb. Ancaq buna baxmayaraq, Vaşinqton Zelenskidən onu noyabrın 27-dək imzalamasını gözləyir.
Plana NATO-dan imtina, yeni sərhədlər, bufer zona, Ukrayna Silahlı Qüvvələri üçün məhdudiyyətlər və dondurulmuş Rusiya aktivlərindən istifadə daxildir. Sənəddə ən həssas müddəalar ərazi məsələləri ilə bağlıdır.

DİGƏR XƏBƏRLƏR

Top