Rusiya XİN Azərbaycanın Kiyevdəki səfirliyinə hücuma görə Ukraynanı günahlandırıb


“Kiyevdə Azərbaycan səfirliyinin binalar kompleksindəki zədələnmələr Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin düzgün işləməməsi nəticəsində baş verib”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya XİN başçısının müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşündən sonra danışarkən deyib.
“Rusiya tərəfi baş vermiş hadisə ilə bağlı səmimi təəssüfünü bildirir. Eyni zamanda mövcud məlumatların araşdırılması nəticəsində müəyyən edilib ki, Kiyevdə Azərbaycan diplomatik missiyasının binalar kompleksindəki zədələnmələr, böyük ehtimalla, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə vasitələrinin düzgün işləməməsi nəticəsində baş verib. Ehtimal olunur ki, əraziyə “Patriot” zenit-raket kompleksinin raketi düşüb”.
Xatırladaq ki, noyabrın 14-də Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binası növbəti dəfə Rusiyanın raket zərbəsinə məruz qalıb.

DİGƏR XƏBƏRLƏR

Top