Hindistanın qırıcı təyyarəsi Dubayda qəzaya uğradı – Video


Hindistanın “Tejas” qırıcı təyyarəsi 19-cu “Dubai Airshow” sərgisində qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, qəza nümayiş uçuşu zamanı baş verib.
“Hindistan Hərbi Hava Qüvvələrinin istifadə etdiyi “Tejas” qırıcı təyyarəsi yerli vaxtla saat 14:10 radələrində (Bakı vaxtı ilə eyni saatda) tamaşaçılar qarşısında nümayiş uçuşu zamanı qəzaya uğrayıb”, - məlumatda bildirilib.
Qəzaya uğrayan qırıcı təyyarənin pilotu ölüb. Bu barədə Hindistan Hərbi Hava Qüvvələri məlumat yayıb.
Təyyarənin qəzaya uğramasından sonra tamaşaçılar sərgidən təxliyə edilib.
Şahidlərin sosial mediada yerləşdirdiyi videolarda qırıcının yerə çırpılması və bir neçə saniyə sonra partlayış baş verməsi əks olunub. 
Qeyd edək ki, “Tejas” “Hindustan Aeronautics Limited” (HAL) tərəfindən istehsal edilən dördüncü nəsil yüngül çoxməqsədli Hindistan qırıcısıdır. O, quru əməliyyatlarında hava dəstəyini təmin etmək üçün nəzərdə tutulur.
Xatırladaq ki, “Dubai Airshow” 115 ölkədən təxminən 1500 şirkətin iştirak etdiyi iki ildən bir keçirilən aerokosmik və müdafiə sənayesi sərgisidir.

DİGƏR XƏBƏRLƏR

Top