Həmin 4 nəfəri dəmir konstruksiyanın yerini dəyişərkən “tok vurub” – Video


Xəbər verdiyimiz kimi, Bakıda hotelin 4 əməkdaşı elektrik xəttinə təmas nəticəsində cərəyan vurması nəticəsində ölüb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, onlar dəmir konstruksiyanın yerini dəyişərkən hadisə baş verib.
TƏBİB-dən bildirilib ki, bu gün saat 11:35-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən cərəyanvurma hadisəsinin baş verməsi səbəbilə təcili çağırış qeydə alınıb.
Saat 12:00-da təcili tibbi yardım briqadası çağırış ünvanına çatıb. Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top