
Meksikalı rəssam Frida Kalonun “El sueño (La cama)” (“Yuxu. Çarpayı”) adlı avtoportreti rekorda imza atıb.
Yeniavaz.com CNN telekanalına istinadla xəbər verir ki, əsər Nyu-Yorkdakı “Sotheby's” hərrac evində 54,7 milyon dollara satılıb.
Bu, indiyə qədər hərracda satılan bir qadın rəssamın ən bahalı əsəri olub. Belə ki, əvvəlki rekord amerikalı qadın rəssam Corciya O'Kifə məxus olub. Onun “Jimson Weed/White Flower No. 1” (“Bağ qərənfili/Ağ çiçək No. 1”) əsəri 2014-cü ildə 44,4 milyon dollara satılıb.
Kalonun sürrealist avtoportreti şəxsi kolleksiyaçı tərəfindən satışa çıxarılıb. Rəsm hərracdan əvvəl ilkin olaraq 40-60 milyon dollar qiymətləndirilib.
Qeyd edək ki, çarpayı Kalonun əsərlərində geniş yayılmış bir motivdir. Çünki rəssam ölümcül qəza və çoxsaylı əməliyyatlardan sonra uzun müddət çarpayıda qalıb. Yaradıcılığını davam etdirmək üçün ailəsi çarpayının üstünə xüsusi molbert və güzgü quraşdırıb.
Xatırladaq ki, rəsm Rene Maqrit və Salvador Dalinin əsərləri də daxil olmaqla 80-dən çox sürrealist əsərin nümayiş olunduğu “Exquisite Corpus” hərracındakı şəxsi kolleksiyanın bir hissəsi olub.


Tətbiqimizi yükləyə bilərsiniz