“Tok vurma” nəticəsində ölənlərin kimliyi bəlli oldu – Yenilənib


Baş Prokurorluq Bakıda 4 nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə məlumat yayıb.
Yeniavaz.com
xəbər verir ki, qurumun Mətbuat xidmətinin yaydığı məlumata görə, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən “Lake Hotel”in işçiləri 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalov qeyd olunan hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüblər:
“Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır”, - məlumatda deyilir.

***13:47
Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla xəbər verir ki, “Lake Hotel” restoranının yaxınlığında restoranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.
“Azərişıq” ASC-dən bildirilib ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib:
“Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil”.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

DİGƏR XƏBƏRLƏR

Top