Bir nəfərin dolanması üçün ən azı 443 manat lazımdır – Rəsmi statistikaya istinadən hesablama


Məlum olduğu kimi, “2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində Azərbaycanda əmək qabiliyyətli əhali üçün gələn ildən yaşayış minimumunun 3,9% və ya 12 manat artırılaraq 317 manata çatdırılması nəzərdə tutulub.
Yeniavaz.com
xəbər verir ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
Qeyd edək ki, minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
Bəs görəsən, minimum istehlak səbətini “doldura” bilmək üçün, yəni əmək qabiliyyətli bir insanın öz həyatını davam etdirə bilməsi üçün 317 manat kifayət edərmi?
Məlumat üçün bildirək ki, bu ilin oktyabr ayında Azərbaycanda illik inflyasiya səviyyəsi 5,9% olub. Bu isə yaşayış minimumunun artım səviyyəsini 2 faiz bəndi üstələyib.
Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən aparılan hesablamalar göstərir ki, ərzaq və qeyri-ərzaq mallarının qiymətlərinin, o cümlədən də kommunal xidmət tariflərinin artdığı bir dövrdə 317 manatla istehlak səbətini “doldurmaq” mümkün deyil.
Xatırladaq ki, ölkədə minimum istehlak səbətinin tərkibi Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib. Həmin tərkibdə yer alan ərzaq, qeyri-ərzaq malları və xidmətləri Statistika Komitəsinin açıqladığı mövcud qiymətlərlə hesabladığımız zaman minimum istehlak səbətinin dəyəri (443 manat) gələn il üçün nəzərdə tutulan yaşayış minimumundan çox olur.
Onu da bildirək ki, gələn il ölkədə təxminən 6–7%-lik inflyasiya (qiymət artımı) proqnozlaşdırılır. Bu da o deməkdir ki, gələn il minimum istehlak səbətinin real dəyəri daha yüksək olacaq.
Cədvəldə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən minimum istehlak səbətinin tərkibinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlərin Statistika Komitəsinin açıqladığı mövcud qiymətlərlə hesablanmış dəyərini təqdim edirik:

Məlumat üçün bildirək ki, istehlak səbətinin tərkibində yer alan mənzil və mənzillərin isidilməsi kimi xidmətlərin qiyməti hesablanmayıb. Bunlardan başqa, adambaşına düşən rabitə haqqı ölkə üzrə ayda 1 ailə üçün mövcud abunə haqqının orta ailə sayına bölünməsi, internet xidmətlərindən istifadə haqqı isə 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top