Ordubadda 36 yaşlı şəxslə 17 yaşlı qızın nikahının qarşısı alınıb


Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikahın qarşısı alınıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, rayonun Tivi kəndində 36 yaşlı şəxslə 17 yaşlı qız arasında planlaşdırılan nişan mərasimi barədə daxil olan məlumat araşdırılıb və müvafiq tədbirlər görülüb.
Erkən nikahın qarşısının alınması məqsədilə tərəflərlə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri bir daha izah edilib.

DİGƏR XƏBƏRLƏR

Top