“12 günlük müharibədə dost ölkələr köməyimizə gəlmədi” – Pezeşkian


“İsraillə 12 günlük son müharibə zamanı İran dost hesab etdiyi ölkələrdən kömək almayıb”.
Yeniavaz.com
“İran İnternational” portalına istinadla xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
“Biz hücuma məruz qalanda dost olduğumuz bir sıra ölkələr köməyə gəlməli idi, amma gəlmədi”, - Pezeşkian qeyd edib.
İran prezidenti son hücumdan sonra mövcud vəziyyətə toxunaraq, İranın kənardan kömək gözləmədən böhrandan çıxmalı olduğunu bildirib.
“Başqa ölkələr kömək etmək istəsə də, istəməsə də, biz bu böhrandan çıxmalıyıq və çıxacağıq”, - Pezeşkian qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top