İran prezidenti paytaxtın Tehrandan köçürülməsini təklif edib


İran Prezidenti Məsud Pezeşkian bir daha ölkənin paytaxtının Tehrandan köçürülməsinin vacibliyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, prezidentin bu qərarına şəhərdəki əhali sıxlığı və su qıtlığı səbəb olub.
Pezeşkian bidirib ki, metropolun əhalisi artmaqda davam edərsə, su ehtiyatları bütün sakinləri təmin etmək üçün kifayət etməyəcək.
“Bizim başqa seçimimiz yoxdur, bu, zərurətdir”, - prezident qeyd edib.
Pezeşkian onu da qeyd edib ki, oxşar problem təkcə Tehrana deyil, İranın bəzi digər bölgələrinə də təsir edir.

DİGƏR XƏBƏRLƏR

Top