Zelenski sülh planını bu tarixdə imzalaya bilər


Ukrayna hakimiyyəti hesab edir ki, ABŞ Prezidenti Donald Trampın təzyiqi Kiyevi Rusiya ilə münaqişə ilə bağlı sülh planını mümkün qədər tez imzalamağa məcbur etmək istəyindən irəli gəlir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti Ukrayna rəsmilərinə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, Amerika rəsmiləri Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə birgə hazırlanmış sazişi noyabrın 27-dək imzalamasını gözləyirlər.
Qəzet vurğulayır ki, Trampın təsdiqlədiyi 28 bəndlik sülh planı Kiyevi əhəmiyyətli güzəştlərə çağırır. Rəsmilər həmçinin bildiriblər ki, Ağ Ev Ukraynadakı münaqişəni ilin sonuna qədər dayandırmaq üçün “gücləndirilimiş rejimdə” işləyir.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, Trampın xüsusi nümayəndəsi Steven Uitkoff və dövlət katibi Marko Rubio son bir ay ərzində sülh planı üzərində işləyiblər.
Qeyd olunur ki, Avropa İttifaqı (Aİ) artıq təklif olunan sazişə cavab verib, Avropa və Ukraynanı danışıqlarda iştirak etməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top