“WhatsApp”da yeni funksiya var


“WhatsApp” “Məlumat” bölməsinin yenilənmiş versiyasını təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Məlumata görə, funksiya yenilənmiş interfeysə malikdir və indi şəxsi söhbətlərin və istifadəçi profilinin yuxarı hissəsində yerləşir.
Yenilənmiş bölmə həmsöhbətlərinizə statusunuz barədə daha tez məlumat vermək üçün qısa mesajlar və emojilər göndərməyə imkan verir.
Müvafiq bildirişə toxunmaqla həmsöhbətlərinizin “Məlumat”ına birbaşa söhbətdə cavab verə bilərsiniz.
“Hər şeyin saniyə-saniyə dəyişdiyi bu günlərdə “Məlumat” bölməsi başqalarına niyə ünsiyyət qura bilmədiyinizi və ya nə haqqında danışmaq istədiyinizi izah etməyə imkan verəcək. Bunun üçün sadəcə olaraq bir emoji və qısa bir ifadə göndərmək kifayət edəcək”, - məlumatda qeyd edilib.
Funksiya bu həftə mobil cihazlarda istifadəyə veriləcək və bütün istifadəçilər üçün əlçatan olacaq.

DİGƏR XƏBƏRLƏR

Top