
“2022-2025-ci illər aralığından sertifikasiya imtahanlarından uğur qazana bilməyən 8 minə yaxın müəllim vəzifəsindən azad olunub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev İTV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” verilişində danışıb.
Nazir bildirib ki, 2022-2025-ci illərdə təşkil olunmuş sertifikasiya imtahanlarında 80 mindən çox müəllim iştirak edib:
“Uğur qazanmış 50 min müəllimin əməkhaqqısına 10%, 24 min müəllimin maaşına isə 35% əlavələr olunub. 8 minə yaxın müəllim isə sertifikasiya imtahanında uğur qazana bilmədiyi üçün vəzifəsindən azad olunub. Bu da təxminən 9% müəllimin işdən azad olunması deməkdir. Başqa sözlə, müəllimlərin 10 nəfərdən 9-nun maaşlarında artım olub”.
Həmçinin nazir vurğulayıb ki, 2021-ci illə müqayisədə müəllimlərin ortaq aylıq maaşlarında artım var:
“Belə ki, bu rəqəm 2021-ci ildə 533 manat idisə, cari ildə 965 manat olub. Həmçinin qarşıdakı illərdə də artımlar olacaq”.
Tətbiqimizi yükləyə bilərsiniz