
Noyabrın 21-22-də Bakıda Ermənistandan olan beş ekspertin iştirakı ilə dəyirmi masa keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə news.am məlumat yayıb.
Məlumata görə, ekspertlər Azərbaycana İrəvandan Bakıya çarter reysi ilə gələcəklər.
Qeyd edilib ki, dəyirmi masada iştirak Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasları aktivləşdirəcək və etimad yaradılması mexanizmləri yaradacaq.
Tətbiqimizi yükləyə bilərsiniz