
Prezident İlham Əliyev “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı”da dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, sərəncamla doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq.
Sərnədə əsasən, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların 7 şəhər üzrə bölgüsünə dair siyahıda quraşdırılacaq liftlərin sayı 200-dən 207-yə qaldırılıb.
Həmin artım sırf Bakıdakı doqquzmərtəbəli binalara aiddir. Belə ki, paytaxt üzrə bundan əvvəlki siyahıdakı 141 liftin sayı 148-ə çatdırılacaq.
Tətbiqimizi yükləyə bilərsiniz