
İstanbulun baş prokuroru Akın Gürlek yerli hakimiyyət orqanlarının “İnterpol” və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə birgə apardığı qanunsuz mərc oyunları ilə bağlı istintaq çərçivəsində Türkiyənin bir neçə futbol klubu rəhbərliyinin saxlanılmasının mümkünlüyünü açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
“Türkiyədəki matçlara ən çox mərclər xaricdəki qeyri-qanuni saytlarda edilir. Yaxın günlərdə klub rəhbərlərinin, inzibatçıların, idman şərhçilərinin də həbsi mümkündür. Onların arasında tanınmış şəxslər də ola bilər”, - baş prokuror bildirib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Futbol Federasiyası (TFF) 149 peşəkar hakimin xaricdə mərc hesabları olduğu aşkar edildikdən sonra 8 aydan bir ilədək müddətə matçlardan kənarlaşdırdığını bildirmişdi.
İşdə ümumilikdə 571 fəal hakim iştirak edir ki, onlardan 371 nəfərinin bukmeker kontorlarında hesabı var.
“Qalatasaray”, “Beşiktaş” və “Trabzonspor” kimi aparıcı klubların oyunçuları da daxil olmaqla, mindən çox futbolçunun qanunsuz mərc oyunları ilə bağlı istintaq çərçivəsində TFF İntizam Şurasının qarşısına çıxacağı bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz