Təzə nömrələrdə nə çip olacaq, nə də defis


Yeni dövlət qeydiyyat nişanlarında defis işarəsi tətbiq olunmayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq edilməyəcək.
“Bu dəyişiklik yalnız yeni hazırlanan nömrə nişanlarına aiddir. Hazırda vətəndaşların istifadə etdiyi, üzərində defis olan bütün dövlət qeydiyyat nişanları tam etibarlıdır, onların dəyişdirilməsinə və yenisi ilə əvəz olunmasına heç bir ehtiyac yoxdur. Mövcud nömrələr qüvvədə qalır, vətəndaşlardan əlavə müraciət və ya nömrə dəyişikliyi tələb olunmur. Yeni standart sadəcə bundan sonra hazırlanacaq nömrə nişanlarının dizaynına şamil edilir və köhnə nömrələrin hüquqi statusuna təsir göstərmir”, - deyə qurumun açıqlamasında bildirilir.
Yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında, həmçinin çip elementləri də ləğv edilib.

DİGƏR XƏBƏRLƏR

Top