
Avstriyalı rəssam Qustav Klimtin “Elizabet Ledererin portreti” əsəri hərracda rekord qiymətə – 236,4 milyon dollara satılıb.
Yeniavaz.com xəbər verir ki, bu, indiyə qədər hərracda satılan ikinci ən bahalı əsər, həmçinin, indiyə qədər hərracda satılan ən bahalı müasir rəsm əsəri olub.
1914-1916-cı illər arasında çəkilən portretdə Elizabet Lederer çinli xalat geyimində təsvir edilib.
Hərrac Nyu Yorkdakı “Sotheby's” hərrac evində keçirilib.
Alıcının kimliyi barədə məlumat verilməyib.
Qeyd edək ki, rəsm əsəri çətin bir tale yaşayıb. Əsər nasistlər tərəfindən müsadirə edilib və İkinci Dünya Müharibəsi zamanı az qala məhv olmaq təhlükəsi ilə üzləşib. Ancaq 1948-ci ildə rəsm Elizabetin qardaşı Erix Lederə qaytarılıb.
1985-ci ildə portret “Estée Lauder”in varisi Leonard A. Lauderin şəxsi kolleksiyasına daxil olub. Lauder onu “Beşinci Avenyu” qalereyasında nümayiş etdirib.
Klimtin hərrac rekordu keçən il 108 milyon dollara satılan “Yelpikli xanım” portretinin rekordunu yeniləyib.
Tətbiqimizi yükləyə bilərsiniz