
Kanberranın təklifini geri götürdüyünü elan etdikdən sonra Türkiyə gələn il COP31 iqlim sammitinə ev sahibliyi edəcək.
Yeniavaz.com “ABC Radio Perth” radiosuna istinadla xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albaneze bildirib.
Onun sözlərinə görə, Braziliyada aparılan danışıqlarda formalaşan kompromis razılaşması çərçivəsində, gələn il BMT-nin iqlim sammitinə Türkiyə, hökumətlərarası danışıqlara isə Avstraliya rəhbərlik edəcək.
Sammit Aralıq dənizinin kurort şəhəri Antalyada baş tutacaq.
“İqlim konfranslarının qaydaları ondan ibarətdir ki, onlar konsensusla keçirilməlidir. Əgər konsensus olmasaydı, o, Almaniyanın Bonn şəhərində keçiriləcəkdi”, - deyə Abaneze bildirib.
O, müqaviləni həm Avstraliya, həm də Türkiyə üçün böyük qələbə adlandırıb.
Qeyd edək ki, COP31-ə ev sahibliyi uğrunda Türkiyə və Avstraliya mübarizə aparırdı.
Tətbiqimizi yükləyə bilərsiniz