
Paytaxtın Suraxanı rayonunda bir nəfərə məxsus “Daewoo” markalı avtomobilin naməlum şəraitdə qaçırılması barədə polisə məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədov müəyyən olunaraq saxlanılıb.
“Nəsimi rayonunda isə “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən üç nəfər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz