“Bu, Azərbaycanla gedən prosesə müsbət təsir göstərə bilər”


“Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması Ermənistan üçün həqiqətən vacibdir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Azərbaycanla qurulan sülhün daha da institusionallaşması da eyni dərəcədə vacibdir. Ermənistan hər iki istiqamətdə səmimi səylər göstərir.
Lakin bununla yanaşı, bu iki komponentdən heç biri digərindən asılı deyil və əgər onların arasında mütləq səbəb-nəticə əlaqəsi axtarsaq, ola bilsin ki, Türkiyə ilə münasibətlərin tam tənzimlənməsi Ermənistan və Azərbaycan arasında tənzimləmə prosesinə mənfi deyil, əksinə, müsbət təsir göstərə bilər”, - Mirzoyan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top