
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan ümumi dəyəri 136 milyon 472,2 min dollar olan 95 min 388,96 ton pambıq lifi ixrac olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan pambıq lifinin miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1%, dəyəri isə 10% azalıb.
Qeyd edək ki, Azərbaycanın ümumi ixracında pambıq lifinin payı 5,2% olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz