
ABŞ Prezidenti Donald Trampın Kiyevdəki xüsusi nümayəndəsi Kit Kelloq 2026-cı ilin yanvarında vəzifəsini tərk etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, Kelloq öz ətrafına açıq şəkildə bildirib ki, ABŞ-nin mövcud qanunvericiliyini nəzərə alsaq, yanvar ayı vəzifəsini tərk etmək üçün ən əlverişli vaxtdır.
Prezidentin nümayəndəsi müvəqqəti vəzifədir və onun səlahiyyət müddətinin uzadılması ABŞ Senatının təsdiqini tələb edir.
“Reuters” xəbər verir ki, onun gedişi Tramp administrasiyasında Ukraynanın əsas vəkilinin itirilməsi demək olacaq.
Qeyd edək ki, 2024-cü il noyabrın 27-də ABŞ Prezidenti Donald Tramp təqaüddə olan general Kit Kelloqu ABŞ-nin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi təyin edib, lakin sonradan onun mandatını yalnız Ukrayna üzrə xüsusi nümayəndə kimi məhdudlaşdırıb. Rusiya rəsmiləri ilə danışıqları Trampın digər nümayəndəsi Stiven Uitkoff aparır.
Tətbiqimizi yükləyə bilərsiniz