
ABŞ Prezidenti Donald Tramp seksual cinayət törətmiş mərhum məhkum Ceffri Epşteynlə bağlı bütün sənədlərin yayımlanmasını nəzərdə tutan qanun layihəsini imzaladığını açıqlayıb.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, qanun layihəsi Ədliyyə Departamentindən Epşteyn işi ilə bağlı bütün məlumatları 30 gün ərzində açıqlamasını tələb edir.
“Trump əvvəllər sənədlərin yayımlanmasına qarşı idi, lakin Epşteyn qurbanlarının və özünün də mənsubu olduğu Respublikaçılar Partiyasının üzvlərinin təzyiqi ilə üzləşdikdən sonra ötən həftə kursunu dəyişdi.
Onun dəstəyi ilə çərşənbə axşamı günü Konqresin hər iki palatası, Nümayəndələr Palatası və Senat böyük səs çoxluğu ilə qanun layihəsini təsdiqləyib”, - nəşr yazır.
Qeyd edək ki, Cefri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar onun Manhettendəki evinə 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qız üçün məşhurların və zənginlərin səfərlər təşkil etdiyinə dair sübutların olduğunu bildiriblər. Epşteynin qonaqları arasında təkcə ABŞ-də deyil, həm də bir çox başqa ölkələrdə çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar, o cümlədən keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları olub. Epşteynin cinayət təqibi 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etdikdən sonra dayandırılıb.
Xatırladaq ki, İlon Mask daha əvvəl “Epşteyn işi” ilə bağlı sənədlərin hələ də ictimaiyyətə açıqlanmamasının səbəbini burada Donald Trampın adının hallanması ilə izah etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz