
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, Ərdoğan Zelenskini Prezident Kompleksinin girişində qarşılayıb.
Ölkə başçıları Türkiyə və Ukrayna bayraqları qarşısında pilləkənlərdə şəkil çəkdiriblər.
Daha sonra liderlər arasında görüş baş tutub. İclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının başçısı İbrahim Kalın, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.
Tətbiqimizi yükləyə bilərsiniz