
Ağ Ev sosial media hesablarında ABŞ Prezidenti Donald Tramp və portuqaliyalı futbolçu Kriştianu Ronaldonun görüşünün videosunu yayıb.
Yeniavaz.com xəbər verir ki, videoda futbolçu nişanlısı Georgina ilə Ağ Evin dəhlizində Trampla söhbət edir və gülür.
“Tarixin ən böyük ikilisi. CR7 x 45/47”, - paylaşımda qeyd edilib.
CR7 - portuqaliyalı futbolçunun formasının nömrəsidir. 45/47 isə Trampın ABŞ-nin prezidentlik dövrləridir.
Qeyd edək ki, bundan əvvəl Ronaldo və FİFA prezidenti Canni İnfantino Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ölkəyə səfəri şərəfinə Ağ Evdə Trampın təşkil etdiyi qala gecəsinə qatılıb.
Tətbiqimizi yükləyə bilərsiniz