“Lukoil”in Finlandiyadakı yanacaqdoldurma şəbəkəsi bağlanır


Finlandiya Rusiyanın enerji nəhəngi “Lukoil”ə məxsus olan yanacaqdoldurma şəbəkəsi – “Teboil” ABŞ sanksiyaları səbəbindən ölkədəki bütün məntəqələrini bağlamağa hazırlaşır.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə “Teboil” şirkətindən məlumat verilib.
Bildirib ki, sanksiyalar səbəbilə yanacaq təchizatının dayanması nəticəsində ehtiyatlar tükənir və məntəqələr mərhələli şəkildə fəaliyyətini dayandıracaq.
“Teboil” Finlandiyada 430 yanacaqdoldurma məntəqəsinə sahibdir və bu, Şimali Avropadakı 2250 məntəqənin təxminən beşdə birini təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top