
Gəncənin dörd saylı şəhər qəbiristanlığında dəfn olunan 19 ispan pilot II Dünya müharibəsi zamanı Moskva və Leninqradın, eləcə də Bakının hava məkanında alman faşizminə qarşı mübarizə aparıb.
Yeniavaz.com xəbər verir ki, onlar, həmçinin Bakının səmasının qorunmasında da xüsusi rol oynayıblar.
Həmin pilotların nəşləri əvvəlcə Gəncə şəhərinin köhnə qəbiristanlığında olub, sonra isə şəhərin 4 saylı qəbiristanlığına köçürülüblər.
Pilotlar müharibədən əvvəl Gəncəyə gəliblər. Pilotların əsas məqsədi burada təlimlər keçmək və Bakının səmasının qorunmasında rol oynamaq olub.
Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:
Tətbiqimizi yükləyə bilərsiniz