Adnan Əhmədzadəyə məxsus marketin yerləşdiyi obyekt müsadirə olunub – 1 milyona hərraca çıxır


Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 266 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 1 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin sahəsi 411 kvadratmetrə bərabərdir. Obyektin minimum satış qiyməti 977 min 500 manat təşkil edir.
Qeyd edək ki, bu obyektdə “Rahat” market fəaliyyət göstərib.
Məlumat üçün bildirək ki, “Rahat” marketlər şəbəkəsinin SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə məxsus olduğu bildirilir.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top