“Honda” 250 mindən çox avtomobili geri çağırır


Yaponiyanın avtomobil istehsalçısı “Honda” ABŞ bazarından 256 min 600 avtomobili geri çağırmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat ABŞ-nin Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyasının saytında öz əksini tapıb.
“Honda” 2023-2025-ci illər arasında istehsal olunmuş bəzi “Honda Accord” hibrid avtomobillərini geri çağırır. Təsirə məruz qalma ehtimalı olan avtomobillərin sayı 256 min 600-dür”, - məlumatda qeyd edilib.
Problem mühərrik gücünü azalda və bununla da qəza riskini artıra biləcək proqram təminatı ilə bağlıdır.
Problem avtomobili idarə edərkən avtomobilin idarəetmə modulunun kortəbii olaraq yenidən işə düşməsinə səbəb olur ki, bu da mühərrik gücünün itirilməsi ilə nəticələnir.
Avtomobil istehsalçısının xidmət mərkəzlərindən proqram təminatının yenidən proqramlaşdırılması və problemin pulsuz olaraq aradan qaldırılması tələb olunur.
Şirkət 2026-cı ilin yanvarında sahiblərinə rəsmi geri çağırış məktubları göndərməyə başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top