Bu kəndlərdə qaz kəsiləcək


Sabah Biləsuvar rayonunun 3 kəndində qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Məlumata görə, qaz təchizatının dayandırılmasına səbəb rayonun Dərvişli kəndində yerləşən tam orta məktəbin təbii qazla təmin edilməsidir.
Aparılacaq təmir işlər səbəbindən saat 09:30-dan etibarən, işlər tamamlananadək Amankənd, Dərvişli və Aşağı Cürəli kəndləri üzrə ümumilikdə 1 600 abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top